yaşıllıq zonası

Ağ Şəhərdə növbəti yaşıllıq zonası yaradılır

Bakı Ağ Şəhər layihəsində mövcud yaşıllıqların və parkların bərpası ilə yanaşı yeni yaşıllaşdırılmış istirahət zonalarının yaradılır.

Son illər ərzində Ağ Şəhərdə salınmış bağlar, Fəvvarələr Meydanı Parkı, piyada zolaqlarında minlərlə dekorativ və meyvə ağacları, kollar əkilmişdir.

Hazırda Park kvartalının 20-mərtəbəli binalarıyla Nizami parkının sərhədində yaşıllıq məkanı salınır – çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda digər ağaclar əkilir, ağacların əhatəsində skamyalar quraşdırılır.

Ərazinin tarixi olaraq burada XIX əsrdə dünyanın ən qabaqcıl ağ neftin təmizlənməsi qurğuları, XIX əsrin sonları – XX əsrin əvvəllərində neft çənləri və rezervuarlarını əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən su pavilyonu restavrasiya edilib. Yaşıllaşdırılmış istirahət zonasından istinad divarı boyunca Olimpiya kvartalı istiqamətində xüsusi dizaynlı piyada keçidi tikilib. İstirahət zonasında quraşdırılacaq Bakı Ağ Şəhər və parka giriş kompozisiyası sakin və qonaqların fotolarında əbədiləşdiriləcək.

 

 

Experience living

in a family-friendly

environment!

BUILDING LOCATION

AZERI Motivation can take you far, but it can take you even further if you first find your vision. Your vision will motivate and guide you on

OBYEKTİN ÜNVANI:

Bakı Ağ Şəhər, Mərkəzi Park Kvartalı, Garabağ Atları Meydanı

SATIŞ OFİSİ:

Bakı Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi, Fortis Residence binasi, Ancora Residence satiş ofisi
İş qünləri: 9:00 – 20:00
İstirahət qünləri: 11:00 – 18:00

ENQUIRE

© Ancora residence. All rights reserved.
Created by Azerin LLC