Cenevrədə “Şəhərlər günü”

Bakı şəhəri Cenevrədə keçirilən “Şəhərlər günü” sərgisində təmsil olundu

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər günü” sərgisində təşkilatın 33 üzv ölkəsindən 50 şəhərin meriyası ilə yanaşı Bakı şəhər İcra Hakimiyyəti də təmsil olunub. Komissiyanın icraçı direktoru, BMT baş katibinin müavini Olqa Alqayerovanın sədrliyi ilə keçirilən tədbir “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusuna həsr edilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti, paytaxtda Dayanıqlı İnkişafın üç əsas elementi olan iqtisadi və sosial inkişaf, eləcə də ətraf mühitin qorunması sahələrində Azərbaycanda uğurlu nümunələri nümayiş etdirmək məqsədilə sərgidə üç layihə ilə təmsil olunub –Ağ Şəhər, Təmiz Şəhər və Mənzil İnşaatı Dövlət Agentliyi layihələri. Tədbirdə “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusunda Cənab Eldar Əzizov nitq ilə çıxış edib.

Bakı Ağ Şəhərin sərgidəki stendində layihənin ictimai, iqtisadi və ekoloji fəaliyyətini əks etdirən materiallar təqdim olunub. Stendlə tanış olanlara məlumat verilib ki, Ağ Şəhər layihəsinin həyata keçirildiyi ərazilərdə neft emalı nəticəsində miras qalan çirklənmiş torpaqların bərpası həyata keçirilir. Sağlam əhali naminə şəxsi nəqliyyatdan asılılığın azaldılması üçün Ağ Şəhərdə ictimai nəqliyyat, metro stansiyaları, habelə, su nəqliyyatı kimi alternativ nəqliyyat növləri tətbiq ediləcək. Küçələrin və prospektlərin yaşıllaşdırılması yolu ilə, avtomobil nəqliyyatı tərəfindən çirklənmənin neqativ nəticələri minimuma endirilir. Bu və digər inkişaf istiqamətləri Ağ Şəhərin bütövlük prinsiplərinə əsaslanır.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihələrindəndir. Bakı Ağ Şəhər layihəsi müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

 

Experience living

in a family-friendly

environment!

BUILDING LOCATION

AZERI Motivation can take you far, but it can take you even further if you first find your vision. Your vision will motivate and guide you on

OBYEKTİN ÜNVANI:

Bakı Ağ Şəhər, Mərkəzi Park Kvartalı, Garabağ Atları Meydanı

SATIŞ OFİSİ:

Bakı Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi, Fortis Residence binasi, Ancora Residence satiş ofisi
İş qünləri: 9:00 – 20:00
İstirahət qünləri: 11:00 – 18:00

ENQUIRE

© Ancora residence. All rights reserved.
Created by Azerin LLC