infrastruktur və abadlıq işləri

Yeni Park kvartalında infrastruktur və abadlıq işləri başlayıb

Ağ Şəhər ərazisində Xəzər dənizindən 25 metrədək hündürlükdə yerləşən Park kvartalında inşaat işləri davam edir. Şəhərin ən böyük parklarından olan Nizami parkının yaxınlığında yerləşən kvartalda yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar nəzərdə tutulub.

Hazırda kvartalda 20 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır. Müasir üslublu binaların podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları yerləşdirilir, ərazidə tikinti, quruculuq və abadlıq işləri aparılır. 7 metrlik piyada səkiləri boyunca ağaclar əkilir. Kvartal sakinlərinin kommunal ehtiyaclarını ödəmək üçün elektrik, su, qaz, kanalizasiya, internet və İPTV xətləri çəkilir.

Yaxınlığdakı Ağ Şəhər metro stansiyasının çıxışı Park kvartalını həm nəqliyyat baxımından əlverişli edəcək, həm də piyadaların Nobel prospekti boyunca keçidinə imkan yaradacaq.

AAYDA tərəfindən Park kvartalını əhatə edən Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində işlər görülür. Eni 37 metr, uzunluğu 1550 metr olan 4 zolaqlı Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin yol şəbəkəsində vacib yer alır.

Park kvartalı ərazisinə təsadüf edən Nizami parkı ilə sərhəddə qədim istinad divarı və illər öncə Bakının ağ neft ehtiyacını ödəyən neft emalı qurğuları Qara şəhərin tarixi olaraq əraziyə inteqrasiya edilib. Yaşayış binalarından istinad divarı boyunca Olimpiya kvartalı istiqamətində rahat və təhlükəsiz piyada keçidi nəzərdə tutulub. Piyadalar həm də Ağ Şəhərin qərbindən Nizami parkınadək Nobel prospekti boyunca eni 20 metr olan yaşıl səki ilə gəzintidən həzz alacaqlar.

Nizami parkı uzun illər şəhər sakinləri tərəfindən sevilmişdir. XIX əsrdə buraya gətirilən ağaclar indi də bağ landşaftında öz yerini alır. Burada yerləşən Nobel qardaşlarının ev muzeyi turistlərin maraq doğuran ziyarət məkanlarındandır. Hazırda ərazisi 10 ha olan parkın sahəsinin Ağ Şəhərin Baş planına uyğun olaraq genişlənməsi nəzərdə tutulub. Abadlaşdırılacaq bağa müxtəlif rahat piyada keçidləri və eyni zamanda avtoparkinq yerləri planlaşdırılıb. Aparılan tədbirlər Nizami parkının həm şəhər əhalisinin sevimli məkanına həm də tədbirlərin keçirilməsi üçün populyar yerə çevrilməsini vəd edir.

Britaniyanın ATKİNS memarlıq şirkəti tərəfindən işlənilmiş kvartal üzərində yerli memarlıq şirkətlərilə birgə ABŞ-ın CallisonRTKL firması və Britaniyanın Chapman Taylor Architects şirkəti işləyib.

Park kvartalında Chapman Taylor Architects tərəfindən layihələndirilmiş özəl Knightsbridge (Naytsbric) Residence kompleksi qısa müddətdə ərazinin yaraşığına çevrilib. 34 ha ərazisi olan kompleksin memarlıq üslubu Londonun Naytsbric rayonundan ilhamlanıb. Kompleksin 7 binasından birinin fasad həlləri başa çatmışdır və daha 4 bina tikinti altındadır. London bağları üslubunda hazırlanan landşaft isə özündə ağaclar, kollar və çiçəklikləri birləşdirir.

Ümumilikdə Park kvartalında infrastruktur və abadlıq işlərinin il ərzində yekunlaşması gözlənilir.

Experience living

in a family-friendly

environment!

BUILDING LOCATION

AZERI Motivation can take you far, but it can take you even further if you first find your vision. Your vision will motivate and guide you on

OBYEKTİN ÜNVANI:

Bakı Ağ Şəhər, Mərkəzi Park Kvartalı, Garabağ Atları Meydanı

SATIŞ OFİSİ:

Bakı Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi, Fortis Residence binasi, Ancora Residence satiş ofisi
İş qünləri: 9:00 – 20:00
İstirahət qünləri: 11:00 – 18:00

ENQUIRE

© Ancora residence. All rights reserved.
Created by Azerin LLC