Ağ Şəhərin Qarabağ Atları Meydanında tamamlama işləri aparılır

Bakı Ağ Şəhərin Qarabağ Atları Meydanında tamamlama işlərinin Azərbaycanın Vətən müharibəsində çaldığı Zəfər ərəfəsinə düşməsi bu işlərə xüsusi önəm verir.

Bununla bərabər Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü 7 yolun abadlaşdırılaraq təhvil verilməsi işləri aparılır.

Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyati qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılmışdır – Babək prospekti boyunca 500 mm-lik magistral su xətti, 400 mm-lik yüksək təzyiqli və 400 mm-lik orta təzyiqli qaz xətləri, eləcə də 35 kv-luq elektrik xətti köçürülərək Ağ Şəhər layihəsinə uyğunluğu təmin edilmişdir.

Tamamlanma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB, Delta Telekom və UlTel MMC tərəfindən yerüstü və yeraltı infrastruktur işləri – arabalar üçün panduslar, qoruyucu tumbaların, videokameraların quraşdırılması, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı, elektrik xətləri və İT kanal sistemlərinin çəkilməsi təmin edilib.

Qarabağ Atları Meydanının yerləşdiyi eyniadlı mərkəzi küçə şimalda Babək prospektindən başlayaraq, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanını təşkil edir. Küçənin açılması Ağ Şəhər yol infrastrukturunun Babək prospektinə daha bir rahat keçidini təmin edəcəkdir.

Uzunluğu 470 metr, eni 37 metr olan 4-zolaqlı küçədə sürücülərin və piyadaların mütəşəkkil hərəkəti layihələndirilib – Ağ Şəhər layihəsinə uyğun olaraq piyadaların maneəsiz hərəkəti üçün panduslar və yüksəldilmiş keçidlər salınıb, eni 6 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı nişanlarla qeyd edilib, yaşıllıq zolaqları salınıb, velosiped dayanacaqları, sakin və qonaqların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, skamyalar quraşdırılır. Piyadalar üçün yeni yaşıllaşdırılmış ictimai ərazi və avto dayanacaq yerləri salınıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka keçid alır. Küçənin mərkəzində yerləşən Qarabağ Atları Meydanı xüsusi zövqlə həmişəyaşıl ağaclarla bəzədilmişdir.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz tövhəsini verməkdədir.

Bakı Ağ Şəhər-in yeni kvartalında tikinti işləri başlanmışdır

Nobel və Babək prospektləri, N.Rəfiyev və X.Rüstəmov küçələrinin əhatəsində yerləşən 28 ha kvartalında infrastruktur çatışmazlığı, ərazinin relyef səviyyəsinin kəskin dəyişməsi, yol şəbəkəsi və parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirmişdir.

Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.01.2018-ci il tarixili, 08 saylı Sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq 28 ha kvartalının texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılmışdır.

Ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcıları və piyada keçidləri modelləşdirilmişdir. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılmış, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilmiş və ərazinin Bakı Ağ Şəhər Baş Planına uyğunlaşdırılmış layihəsi müvafiq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir.

28 ha kvartalında ötən illərdə Harmony Hotel, Alfa Hotel and Hostel, “Ağ Şəhər – 2” yarımstansiyası istifadəyə verilmişdir. Hazırda kvartal ərazisində Ağ Şəhər Baş Planına uyğun olaraq yeni tikililərin inşası aparılır. Burada layihələndirilmiş yaşayış, kommersiya və inzibati binalar fərqli dizaynı və funksionallığı ilə seçilir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.

Tikintisi davam edən Uşaq Yaradıcılıq Mərkəzində uşaqların istedad və qabiliyyətinin inkişafı məqsədilə müxtəlif incəsənət istiqamətlərində dərslər təşkil ediləcək. Xəqani Rüstəmov küçəsindəki Mərkəzin qarşısında yerli heykəltəraşların yaratdığı incəsənət nümunəsinin quraşdırılması üçün təkliflər araşdırılır.

Landşaftı və memarlığı ilə seçilən 20 mərtəbəli BCR Xətai yaşayış kompleksi sakinlərinə geniş xidmət təklif edir. Bir neçə binadan ibarət kompleks eni 45m nəzərdə tutulmuş və Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq rekonstruksiyası layihələndirilən Nəcəfqulu Rəfiyev küçəsində yerləşir və Xəqani Rüstəmov küçəsindən də rahat keçid alır.

28 ha kvartalının ərazisində layihələndirilmiş 10 mərtəbəli çoxfunksiyalı ictimai binada apart-otel, ofislər, idman zalı, konfrans zalı və restoran nəzərdə tutulub.

Hazırda kvartalda su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı boruları, elektrik xətləri və İT kanal sistemləri təmin edilməsi üçün yol şəbəkəsi və infrastruktur kommunikasiyası layihələri işlənilib, AAY Dövlət Agentliyi, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Delta Telekom ilə razılaşdırılıb və hazırda icra olunur.

Yeni layihə əsasında 226 saylı elektrik yarımstansiyasında aparılan yenidənqurma işləri kvartalın yol şəbəkəsində yeni küçə üçün imkan yaradacaqdır.

Müasir şüşə fasadlı Boks Federasiyası və Qafqaz Sahil Baku Hotel kompleksi, keçmiş enerji stansiyası binasında fəaliyyət göstərən Paulaner pivə istehsalı və restoranı, Azərbaycan Təbabəti Muzeyi artıq 28 ha kvartalının görməli binaları sırasındadır.

Yeni kvartal Ağ Şəhərin son illər təhvil verilmiş digər əraziləri kimi yaşıl canlı küçələri, kölgəli piyada yolları, müasir dizaynlı binaları ilə şəhərin sakinlərin zövqünü oxşayacaqdır.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: “Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib.

Görüş zamanı dövlət başçısı bildirib: “Bakı çar Rusiyası dövründə və sovet dövründə sənaye şəhəri kimi formalaşıb.
Ətraflı “Prezident İlham Əliyev: “Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir””

Prezident İlham Əliyev Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.

Son illər ərzində Bakı Ağ Şəhər layihəsi çərçivəsində yaradılan infrastruktur insanların rahatlığı və təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın görünüşünə əlavə gözəllik verir.
Ətraflı “Prezident İlham Əliyev Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib”

Ağ Şəhərdə əhəmiyyətli piyada keçidi və yolayırıcı açılır

Ağ Şəhərin yeni Mərkəzi Bulvar küçəsi şimalda Xəqani Rüstəmov küçəsindəki dairədən başlayıb Nobel prospektini kəsərək, gələcəkdə inşaası nəzərdə tutulan Bulvar yoluna birləşir.

Eni 37 metr, uzunluğu 2 km-ə yaxın 4 zolaqlı Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin mütəşəkkil hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib, həyata keçirilir.
Ətraflı “Ağ Şəhərdə əhəmiyyətli piyada keçidi və yolayırıcı açılır”

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi ilə Ağ Şəhər ərazisində sosial infrastruktura obyektlərinin tikintisi çərçivəsində növbəti təhsil ocağının layihələndirilməsi başa çatıb və yaxında tikintisinə başlanılması nəzərdə tutulur. Tam orta təhsil məktəbinin layihə konsepsiyası Türkiyənin BUDA Mimarlık şirkəti, tam layihəsi isə Azərbaycanın ArchiCO mühəndislik şirkəti tərəfindən işlənilmişdir.
Ətraflı “Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi”

Ağ Şəhərində 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatmışdır

Ağ Şəhərin qərbində yerləşən 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatmışdır

Bakı Ağ Şəhər layihəsinin qərbində yerləşən Nobel prospekti, N. Rəfiyev küç., Babək prospekti və X. Rüstəmov küçəsini əhatə edən ərazinin infrastruktur çatışmazlığı, hündürlük səviyyəsinin kəskin dəyişməsi, dalanlar, parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirmişdir.
Ətraflı “Ağ Şəhərində 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatmışdır”

Bakıda yeni prospekt

Bakı Ağ Şəhər layihəsi çərçivəsində 80 metr enində yeni əlaqələndirici prospektin layihələndirilməsi başlayıb

“Ağ Şəhər layihəsi Yol İnfrastrukturunun strateji inkişaf planı” çərçivəsində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.

Bakı şəhər İcra Hakimiyyətinin 5 iyun 2012-ci il tarixli 227 saylı sərəncamına əsaslanan bu layihənin həyata keçirilməsi Bakının mərkəzinin yüklənməsinin qarşısının alınması, Ağ Şəhər infrastruktunun mükəmməlləşdirilməsi və ümumilikdə şəhərin nəqliyyat strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutulur.

Ətraflı “Bakıda yeni prospekt”

Cenevrədə “Şəhərlər günü”

Bakı şəhəri Cenevrədə keçirilən “Şəhərlər günü” sərgisində təmsil olundu

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər günü” sərgisində təşkilatın 33 üzv ölkəsindən 50 şəhərin meriyası ilə yanaşı Bakı şəhər İcra Hakimiyyəti də təmsil olunub. Komissiyanın icraçı direktoru, BMT baş katibinin müavini Olqa Alqayerovanın sədrliyi ilə keçirilən tədbir “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusuna həsr edilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti, paytaxtda Dayanıqlı İnkişafın üç əsas elementi olan iqtisadi və sosial inkişaf, eləcə də ətraf mühitin qorunması sahələrində Azərbaycanda uğurlu nümunələri nümayiş etdirmək məqsədilə sərgidə üç layihə ilə təmsil olunub –Ağ Şəhər, Təmiz Şəhər və Mənzil İnşaatı Dövlət Agentliyi layihələri. Tədbirdə “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusunda Cənab Eldar Əzizov nitq ilə çıxış edib.
Ətraflı “Cenevrədə “Şəhərlər günü””

Experience living

in a family-friendly

environment!

BUILDING LOCATION

AZERI Motivation can take you far, but it can take you even further if you first find your vision. Your vision will motivate and guide you on

OBYEKTİN ÜNVANI:

Bakı Ağ Şəhər, Mərkəzi Park Kvartalı, Garabağ Atları Meydanı

SATIŞ OFİSİ:

Bakı Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi, Fortis Residence binasi, Ancora Residence satiş ofisi
İş qünləri: 9:00 – 20:00
İstirahət qünləri: 11:00 – 18:00

ENQUIRE

© Ancora residence. All rights reserved.
Created by Azerin LLC