Ağ Şəhərində 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatmışdır

Ağ Şəhərin qərbində yerləşən 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatmışdır

Bakı Ağ Şəhər layihəsinin qərbində yerləşən Nobel prospekti, N. Rəfiyev küç., Babək prospekti və X. Rüstəmov küçəsini əhatə edən ərazinin infrastruktur çatışmazlığı, hündürlük səviyyəsinin kəskin dəyişməsi, dalanlar, parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirmişdir.

Bakı şəhər İcra Hakimiyyətinin 10 yanvar 2018-ci il tarixli 8 saylı sərəncamı çərçivəsində 2018-ci ildə 28 ha sahəsi olan bu ərazinin Ağ Şəhərin Baş Planına uyğun olaraq layihələndirilməsi qərarı verilmişdir. Layihələndirmə çərçivəsində xaotik tikintili və infrastrukturu olmayan yeni əzinin texniki inventarlaşdırılması aparılmış, inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu Ağ Şəhər Baş Planına əsasən şəhərsalma layihələndirilməsi hazırlanıb başa çatmışdır.

Ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcları və piyada keçidləri modelləşdirilmişdir. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılmış, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilmiş, və müfaviq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir.

Experience living

in a family-friendly

environment!

BUILDING LOCATION

AZERI Motivation can take you far, but it can take you even further if you first find your vision. Your vision will motivate and guide you on

OBYEKTİN ÜNVANI:

Bakı Ağ Şəhər, Mərkəzi Park Kvartalı, Garabağ Atları Meydanı

SATIŞ OFİSİ:

Bakı Ağ Şəhər, 1-ci Fəvvarələr küçəsi, Fortis Residence binasi, Ancora Residence satiş ofisi
İş qünləri: 9:00 – 20:00
İstirahət qünləri: 11:00 – 18:00

ENQUIRE

© Ancora residence. All rights reserved.
Created by Azerin LLC